“Orduda törədilən cinayətlərin sayı azalıb“ - Xanlar Vəliyev
"Silahlı Qüvvələrdə baş vermiş səbəbindən asılı olmayaraq ölümlə nəticələnən istənilən hadisə, eləcə də ölüm faktı üzrə başlanılmış hər bir cinayət işinin istintaqı Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülür".
Gundeminfo.az xəbər verir ki, bu fikirləri Baş prokurorun müavini - Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev səsləndirib.
Onun sözlərinə görə, bu uğurlu tendensiya cari ilin keçən dövründə də davam etmişdir.
“Belə ki, 2021-ci ilin 8 ayı ilə müqayisədə 2022-ci ilin müvafiq dövründə qeydə alınmış özünü öldürmə həddinə çatdırma cinayətləri 10 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 80 faiz, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 18,2 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 92,3 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 12,5 faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 57,1 faiz, fərarilik cinayətləri 40 faiz və xuliqanlıq cinayətləri 20 faiz azalıb”, - Hərbi prokuror bildirib.
Xanlar Vəliyev vurğulayıb ki, Silahlı Qüvvələrdə baş vermiş səbəbindən asılı olmayaraq ölümlə nəticələnən istənilən hadisə, eləcə də ölüm faktı üzrə başlanılmış hər bir cinayət işinin istintaqı Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə, hərtərəfli, tam, obyektiv və vaxtında ibtidai araşdırmanın aparılması, təqsirkar şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, eləcə də hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunub.
468 dəfə oxundu