Rayon rəhbəri mülki şəhid qardaşlar Xaliq və Elşən Abbasovların ailəsini ziyarət edib

Rayon rəhbəri mülki şəhid qardaşlar Xaliq və Elşən Abbasovların  ailəsini ziyarət edib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov mülki şəhid qardaşlar Xaliq və Elşən Abbasovların ailəsinə baş çəkib, onların dərdlərinə şərik olaraq başsağlığı verib.
Əvvəllər olduğu kimi 44 günlük Vətən müharibəsində də təcavüskar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini pozaraq yaşayış məntəqələrimizi atəşə tutub, dinc sakinlər həlak olub, yaralanıblar. Belə ailələrdən biri də Abbasovlar ailəsidir. 2020-ci ilin sentyabr ayının 29-da təxribatçıların rayonun Şıxarx qəsəbəsini atəşə tutması nəticəsində Abbasovlar ailəsi bir gündə iki oğlunu Xaliq və Elşəni itirdilər, xeyli insan isə xəsarət aldı. Bu erməni vəhşiliyinin daha bir təzahürü idi.
“Ermənilər beynəlxalq müstəvidə tökülən günahsız insanların qanına görə cavab verməlidirlər”,-bu sözləri Vətən müharibəsində iki mülki oğlu şəhid vermiş Asif kişi deyib.
Şəhid olan Xaliqin 41, Elşənin isə 35 yaşı var idi.
Allah şəhidlərimizə rəhmət eləsin!
Dövlət tərəfindən şəhidlərin ailəsi hərtərəfli qayğı ilə əhatə olunub, onlara maddi və mənəvi dəstək göstərilib.
Abbasovlar ailəsi bu dəstəyə görə ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Rayon rəhbəri mülki şəhid qardaşlar Xaliq və Elşən Abbasovların  ailəsini ziyarət edib
Rayon rəhbəri mülki şəhid qardaşlar Xaliq və Elşən Abbasovların  ailəsini ziyarət edib
Rayon rəhbəri mülki şəhid qardaşlar Xaliq və Elşən Abbasovların  ailəsini ziyarət edib

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
182 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...