"Qızımın telefonunu əlindən almışam" - Vasif Məhərrəmli

"Qızımın telefonunu əlindən almışam" -

Müğənni Vasif Məhərrəmli "Gündəlik" verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, sənətçi qızı Əfşana qoyduğu qadağalardan danışıb:

"Müğənniyəm, gündəmdə ola bilərəm. Amma ailəmlə bağlı hər şeyi açıb danışmağı, gündəmə gətirməyi düz bilmirəm. Heç kim mənim həyat yoldaşımı görməyib, heç vaxt da görməyəcək. Bu yaxınlarda qızım Əfşanla bağlı bir problemim olub. Baxıram ki, "WhatsApp"da rəfiqəsi ilə yazışır. Xoşum gəlmədi. Düzdür, orada eyib heç nə yoxdur. Amma uşağın adi "ok" yazması da düzgün deyil. Qızımın telefonunu da, "iPad"ini də əlindən aldım. İnternetə ancaq dərsləri ilə bağlı girə bilər".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1539 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...