Azərbaycanlı məşhurlar "Instagram"dan nə qədər qazanır? - QİYMƏTLƏR
Sənət aləmində instaqram sosial şəbəkəsindən aktiv istifadə edən məşhurların sayı kifayət qədərdir. Onlar tədbirlərdə, toylarda, istirahətdə və gündəlik həyatda baş verənləri "Instagram" izləyiciləri ilə bölüşürlər. İzləyici sayı çox olan məşhurlar isə həm paylaşım edir, həm də "Instagram"dan yüksək məbləğdə pul qazanırlar.
Tanınmışların "Instagram" paylaşımlarının qiyməti 500-5000 AZN aralığında dəyişir.
Show_clab səhifəsinin yaydığı məlumata əsasən, aparıcı Afaq Gəncəlinin "Instagram"da 1 milyon 300 min izləyicisi var. O, bir paylaşımı 2000 AZN-ə edir.
Müğənni Sevda Yahyayeva "Instagram"da bir postu 1000-2000 AZN aralığında paylaşır. Onun 1 milyon 700 min izləyicisi var.
Müğənni Günay İbrahimlinin də izləyici sayı həmkarı Sevda ilə eynidir (1 milyon 700 min izləyici). O, bir postu 2000 AZN-ə paylaşır.
Müğənni Xatun Əliyevanın "Instagram"da 1 milyon izləyicisi var. Sənətçi "hekayə" bölümündə bir paylaşımı 500-1000 AZN-ə edir. Əsas səhifədə isə özü olmasa 1500 AZN, özü də yer alarsa 2000 AZN-ə paylaşım edir.
"Instagram"da 1 milyon 100 min izləyicisi olan müğənni Nazənin Salayeva "hekayə" bölümündə bir paylaşımı 3000 AZN-ə edir.
Müğənnilər Sevil və Sevinc Səfərovalar əsas səhifədə paylaşımı 5000 AZN-ə edirlər. Onların "Instagram"da 2 milyon 900 min izləyiciləri var.
Rəqqasə Fatimə Fətəliyeva bir paylaşımı 500-1000 AZN arası etdiyini açıqlayıb. Onu "Instagram"da 1 milyon 300 min şəxs izləyir.
"Instagram"da 340 min izləyicisi olan stilist Samiraldo isə hər paylaşım üçün minimum 200 AZN alır.
1297 dəfə oxundu