Ağır xəstəlikdən əziyyət çəkən məşhur aktyordan daha bir ÜZÜCÜ XƏBƏR

Ağır xəstəlikdən əziyyət çəkən məşhur aktyordan daha bir
İkinci dərəcəli sirrozla mübarizə aparan məşhur aktyor Ufuk Özkanın səhhəti yeni layihədə iştirak etməyə imkan verməyib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, məşhur aktyor səhhətinə görə heyətdən uzaqlaşdırılıb.

Bir müddət öncə məsələ ilə bağlı açıqlama verərək xəstəliyini təsdiqləyən Özkan son olaraq sosial media hesabından etdiyi paylaşımla pərəstişkarlarına və səhhəti ilə yaxından maraqlanan səhiyyə naziri Fahrettin Kocaya təşəkkür edib.

Məşhur aktyor "Müəllim” komediya filmində iştirak edəcəkdi, lakin səhhəti buna mane olub.

"Hazırda 2-ci mərhələdə sirrozum var” deyə açıqlama verən Ufuk Özkanın vəziyyətinin yaxşılaşdığı, hər şeyin yaxşı getdiyi təqdirdə orqan transplantasiyasına ehtiyac qalmayacağı, dərman qəbuluna davam edəcəyi öyrənilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1069 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...