“TikTok”er Aysun Mirişli hakim qarşısına çıxarılır

“TikTok”er Aysun Mirişli hakim qarşısına çıxarılır
Fevral ayının 2-də “TikTok”er Aysun Mirişlinin məhkəməsi olacaq.

“Unikal”ın məlumatına görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Aysun Ədalət qızı Mirişlinin məhkəmə prosesi Xətai rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyevanın sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, ötən ilin dekabr ayında “TikTok”da “axundova_302” adı ilə tanınan Aysun Mirişli barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qərardan narazı qalan Aysun Mirişli hamilə olduğunu əsas gətirərək həbsinin ev dustaqlığı ilə əvəz edilməsini xahiş etsə də, hakim bunu sübut edəcək sənədin olmadığına görə seçilmiş qətimkan tədbirini dəyişdirməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1317 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...