“Ermənistandan deportasiya edilmişik” - Camalanın anası
Ukraynalı müğənni Camalanın anası qızının “Eurovison-2016” mahnı müsabiqəsindəki qələbəsindən danışıb. AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, “1944” mahnısı ilə “Eurovison-2016”da birinci yeri tutan Camalanın anası Qalina Tumasova qızının qələbə qazanacağına şübhə etmədiyini bildirib.
“Mən onun qələbə qazanacağına əmin idim. Lakin mən onun sağlamlığına görə çox narahat olurdum. Onun səhhətiylə bağlı hər şeyin qaydasında olmasını istəyirdim”, - deyə Qalina bildirib.
Krım tatarlarının faciəsindən bəhs edən mahnı ilə birincilik qazanan Camalanın anası qızının müsabiqə üçün niyə məhz bu tip mahnı seçdiyini izah edib: “Bu uşaq deportasiya edilmiş ailədə böyüyüb. Mən də belə böyümüşəm. Mənim atam Ermənistandan Orta Asiyaya deportasiya edilib. Həyat yoldaşımın ailəsi də deportasiya olunub”.
Qalina Camalanın “Eurovion”a bu mahnıyla getməməli olduğu düşüncəsini də paylaşıb. Bildirib ki, o, bu mahnını mayın 18-də - Krım tatarlarının deportasiya olunduğu gün ifa etməyə hazırlaşıb. “Lakin “Eurovision” üçün müğənni seçimləri ilə məşğul olan komissiya üzvləri bu mahnını eşidəndə ağlayıblar. Və prodüser Miladze qərara gəlib ki, məhz Camala Stokholma gedib Ukraynanı “Eurovison-2016” mahnı müsabiqəsində təmsil etməlidir”, - deyə Camalanın anası bildirib.
1173 dəfə oxundu