“Xəyanət başqa bir şeydir, təbii tələbatdır“ - Lalə Məmmədova
Əməkdar artist Lalə Məmmədova ARB TV-nin “Gəlin danışaq” verilişində şəxsi həyatı ilə bağlı açıqlama verib. Gundeminfo.az Axşam.az-a istinadən xəbər verir ki, müğənni “Qadın xəyanəti bağışlamalıdırmı?” sualına ifaçı belə cavab verib:
“Qadın elə məxluqdur ki, sona kimi ümidli olur. “Bəlkə, düzəlib, daha etməz” deyir. Çoxları düşünür ki, mənim ailəm xəyanətə görə dağılıb. Yox, bizdə daha ciddi səbəblər var idi. Bir qadın olaraq heç vaxt xəyanətə görə ailəmi dağıtmazdım. Hər bir kişi xəyanətə meyillidir. Mən xəyanəti hiss etsəm də, üzə vurmamağa çalışmışam. Bir qəlbdə iki insan yerləşə bilməz, kişi yalnız birini sevər. Xəyanət isə başqa bir şeydir, təbii tələbatdır”.
L.Məmmədova həyat yoldaşı ilə boşanma səbəblərini övladlarına belə demədiyini bildirib:
“Uşaqlarıma ayrılıq səbəbini tam deməmişəm. Amma böyük qızıma nisbətən anlatdım. Niyə ayrı qaldığımızı soruşanda, bəzi şeyləri danışdım. Lakin heç vaxt atalarını pisləməmişəm. Uşaqlar travma alıb, bir də atalarını pisləyərək, onları çətin duruma salmaq istəmirəm”.
1477 dəfə oxundu