“Miss Top Model Azerbaijan”: Ərizə qəbulu başladı (FOTO)
Azərbaycanda ilk dəfə milli Top-model müsabiqəsinə start verilib. Trend-in məlumatına görə, “Miss Top Model Azerbaijan”-nın digər müsabiqələrdən fərqliliyi ondan ibarətdir ki, bu müsabiqəyə model biznesinə yeni qoşulmaq istəyənlərlə yanaşı, Azərbaycanda və xaricdə kifayət qədər tanınmış yerli modellər də qatıla bilərlər.
Artıq əminliklə deyə bilərik ki, bahar, bayramlarla yanaşı - gözəllik və qrasiya ilə zəngin olacaq, çünki hər ilin bu mövsümündə Azərbaycanın ən tanınmış və gözəl Top-modelləri bir podiumda müsabiqənin tacı uğrunda mübarizə aparacaqlar.
Bu ilin noyabrında start verilən ilkin seçim turlarının nəticəsi ilə, 2017-ci ilin mart ayında “Miss Top Model Azerbaijan” müsabiqəsinin finalı baş tutacaq.
Müsabiqənin təşkilat komitəsindən bildirilib: “Biz inanırıq ki, “Miss Top Model Azerbaijan”, Bakının və bütövlüklə Azərbaycanın ən yadda qalan model müsabiqələrindən birinə çevriləcək. Finala hazırlıq vaxtı, modellərlə professional xoreoqraflar, quruluşçu-rejissorlar, fotoqraflar və dizaynerlər məşğul olacaqlar. Müsabiqədə 17-26 yaş arası, subay və yalnız Azərbaycan vətəndaşı olan xanımlar iştirak edə bilər".
Müsabiqənin iştirakçıları qiymətli hədiyyələrlə yanaşı, ölkəmizin şou-biznesinə və dəb industriyasına qatılmaq şansı əldə edəcəklər.
“Miss Top Model Azerbaijan” adını qazanan iştirakçı ölkəmizi beynəlxalq “Miss Top Model of the World” müsabiqəsində təmsil etmək hüququnu qazanacaq.
“Miss Top Model Azerbaijan”-da iştirak üçün ərizə qəbulu müsabiqənin rəsmi saytında anket doldurulmaqla həyata keçirilir: http://www.misstopmodel.az/form
1129 dəfə oxundu