Manaf Ağayev “ağladı”: “Heç bir toya da dəvət almır”

Manaf Ağayev “ağladı”:


Azərbaycanın ən qədim adət-ənənələrindən olan toy şənlikləri sıradan çıxmaq üzrədir.

Bu barədə AzNews.az-a açıqlamasında müğənni Manaf Ağayev bildirib. O, qeyd edib ki, əvəllər ay ərzində 15-17 toya dəvət alırdıqsa, bu gün həmin rəqəm 3-5-ə düşüb: “İki il bundan əvvəl olan toylar bir də təkrarlanmayacaq. Azərbaycanda toy mühiti ölüb. Əvəllər bir ayda hardasa 15-17 toya gedirdim. İndi 3-5 toy ola, ya olmaya. Sənət yoldaşlarımın eləsi var ki, heç bir toya da dəvət almır”.

M.Ağayev toyların sayının az olmasının səbəbini maliyyə problemi ilə əlaqələndirib: “Camaatın imkanı yoxdur, həm də bu gün toylara gələn də yoxdur. Toy sahibi borca düşür. Sonuncu apardığım toylarda bunun şahidi olmuşam. Yarıdan çox yer boş qalır. Ona görə də, heç kəs toy etmir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1297 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...