“O səs Türkiyə”dəki azərbaycanlılardan VİDEOMÜRACİƏT: “Heç kimə qarşı qərəz yoxdur”

“O səs Türkiyə”dəki azərbaycanlılardan VİDEOMÜRACİƏT:


"O səs Türkiyə”də iştirakını davam etdirən azərbaycanlı iştirakçılar sosial şəbəkə vasitəsilə müsabiqə haqda mənfi fikirlər səsləndirənlərə müraciət ediblər.

Musavat.com xəbər verir ki, “Sarı gəlin” ilə hər kəsi özünə heyran qoyan Mehman Tağıyev və “Gecələr” mahnısı ilə tamaşaçıların alqışını toplayan Pərvaz İbrahimli müsabiqədə onlara qarşı qərəz olmadığını bildirib: “Hər kəsi salamlayırıq. Bu videonu çəkməkdə məqsədimiz Azərbaycanda son günlər müsabiqə ilə bağlı yayılan səs-küylü xəbərlərdir. Yazılıb ki, azərbaycanlıları sıxışdırır, təhqir edir, qəsdən bir qrupa salırlar. Bu, bir yarışmadır. Burada heç kim, heç kimi sıxışdırmır. Layihə əməkdaşlarının əməyini yerə salmamaq lazımdır. Azərbaycanlı iştirakçılar növbəti mərhələyə seçilmədi, dəyərli səslər idilər, biz buna təəssüf edirik. Biz 6 nəfər seçim üçün çıxanda 4 türkü uzaqlaşdırıb, iki azərbaycanlını saxladılar. Bizim ikimizi seçdilər, hər şey əladır. Rəy bildirərkən bizi də düşünün. Biz sizin də adınızdan buradayıq. Bildirmək istəyirik ki, yarışmada bizə qarşı planlaşdırılmış və ya qəsdən edilən sıxışdırılma yoxdur. Bizə dəstək olduğunuz üçün təşəkkür edirik”.

Qeyd edək ki, Pərvaz İbrahimli və Mehman Tağıyev Sibel Canın komandasında yarışır.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1216 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...