Bəstəkarlar İttifaqı Arif Məlikovun ittihamlarına cavab verib

Bəstəkarlar İttifaqı Arif Məlikovun ittihamlarına cavab verib


Azərbaycan Bəstəkarlar İttifaqı xalq artisti Arif Məlikovun ittifaqın ünvanına səsləndirdiyi ittihamlara cavab verib. Qurumun mətbuat xidmətindən APA-ya bildirilib ki, Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi “Musiqi dünyası” jurnalında İttifaqın fəaliyyəti ilə bağlı ildə iki dəfə hesabatı dərc olunur: “Arif Məlikov görkəmli bəstəkarımızdır, bizim ittifaqın hörmətli üzvüdür, SSRİ xalq artistidir. Onun ittifaq haqqında səsləndirdiyi fikirlərə təəssüf edirik. Azərbaycan Bəstəkarlar İttifaqı ölkəmizdə keçirilən bütün beynəlxaq səviyyəli tədbirlərin hazırlanmasında yaxından iştirak edir”.

Qurumdan deyilib ki, Azərbaycan Bəstəkarlar İttifaqında 2007-ci ildən bu günədək hər il bəstəkar və ya musiqişünasların yubileyləri, müəllif konsertləri, yeni-yeni kitabların təqdimatları, yaradıcılıq axşamları, həmçinin xatirə gecələri keçirilir: "Azərbaycan Bəstəkarlar İttifaqının həyata keçirdiyi bütün işlər barədə dövrü mətbuat vasitələrində kifayət qədər məlumatlar, məqalələr dərc olunur, o cümlədən telekanallarda süjetlər və verilişlər efirə gedir.

Azərbaycan Bəstəkarlar İttifaqı ölkəmizdə keçirilən bütün beynəlxaq səviyyəli tədbirlərin hazırlanmasında yaxından iştirak edir. O cümlədən, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Muğam aləmi” Beynəlxalq Muğam Festivalının rəsmi tərəfdaşlarından biri də Azərbaycan Bəstəkarlar İttifaqıdır və İttifaqın sədri xalq artisti, professor Firəngiz Əlizadə bu festivalın bədii rəhbəridir.

Bundan başqa, Azərbaycan Bəstəkarlar İttifaqı neçə illərdir yüksək səviyyədə Şəki “İpək yolu” Beynəlxalq Musiqi Festivalını keçirir və bu festivalda dünyanin müxtəlif ölkələrindən gələn məşhur musiqi kollektivləri ilə yanaşı ölkəmizdəki etnik qrupların ansambllarının iştirakını təmin edir.

Qeyd edək ki, xalq artisti Arif Məlikov APA-ya müsahibəsində Bəstəkarları İttifaqını fəaliyyətsizlikdə ittiham etmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1348 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...