ATV-nin işdən çıxarılan redaktoru: "Bu xidmətlərin qarşılığında..."
İki gün əvvəl ATV-dən işdən çıxarılan tanınmış telejurnalist Jalə Əsgərova açıqlama verib. Gundeminfo.az-ın “Qafqazinfo”ya istinadən məlimatına görə, jurnalist bildirib ki, ATV rəhbərliyindən özünə qarşı belə bir addım atılmasına hələ də inana bilmir: “Yəqin ki, hər hansı bir anlaşılmazlıq var. 12 ildir ki, ATV-də çox xidmətlərim olub. Bu xidmətlərin qarşılığında “Sancağ”ın qurbanı ola bilmərəm. Məsələnin müsbət həllinə ümid edirəm. Bundan artıq heç nə deyə bilmərəm”.
Jalə Əsgərova ATV-də sosial mövzuların araşdırılmasında müxbir kimi fəaliyyətə başlasa da, sonradan “Xəbərlər” proqramının aparıcısı, layihə rəhbəri və redaktor kimi fəaliyyət göstərib. Qeyd edək ki, kanalın redaktoru Jalə Əsgərova Qafqaz Universitetinin tələbələrinin guya, Odlar Yurdu Universitetinə keçmək istəməsi ilə bağlı hazırlanan sujetə görə işdən azad edilib.
Tələbələr isə onların fikirlərinin təhrif olunduğunu və konteksdən çıxarıldığını bildiriblər.
1419 dəfə oxundu