Rəqasanə keçmiş sevgilisinin həbsindan yazdı: "Zəfər çaldım"

Rəqasanə keçmiş sevgilisinin həbsindan yazdı:

Müğənni Rəqsanə İsmayılova eks-sevgilisi Faiq Azayevin 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə münasibət bildirib. Musavat.com xəbər verir ki, sənətçi fikirlərini sosial şəbəkədə bölüşüb:

"Bu həyatda Allahımdan çox razıyam. Əvvəla haqqı danıb, nahaq yolla insanı şərləməyə çalışan insanlar gec-tez Allah qarşısında cavab verir və haqqını alır. Zamanında çox deyildi və yazıldı. Aradan illər keçdi. Amma Allaha sığındım, səbir etdim və o, yollarımı açdı. Gözəl ailəm oldu, iki gözəl balamla çox xoşbəxtəm. Allahını unudan insanlar bir-bir cavabını alır. Buna hamı şahiddir. Haqq-ədalət hər zaman öz yerini tapır. Əslində mən çətin günə sevinən insan deyiləm və buna haqqım da yoxdur. Mən də ana, Allahın bəndəsiyəm. Sadəcə mənim adımdan, tanınmış olmağımdan istifadə edib bacardıqları qədər çörəyimi yeyib mənə quyu qazanlar, adını çəkmək istəmədiyim qadının bir zaman güvəndikləri indi haradadır? Bu gün yenə mənim adımın başlığı altında adları gedir. Bir daha adımı o insanların yanında qətiyyən hallandırmayın. Onlardan nə sevgili, nə dost, nə də insan olar.

Sadəcə salam verib, dost demək istəmişəm. O gündən bu günə kimi zəfər çaldım. Çünki təmiz idim. Allah səhv edəni görür və zamanında cəzasını verir. Səbir etməklə hər kəsin kimliyi bəlli olur. Şər-böhtan atan, şeytan əməlinə uyub min oyuna əl atanlar bədbəxt insanlardır. Allah heç kimi darda qoymasın”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1368 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...