"Oğlum atasının ikinci dəfə evləndiyini hələ də bilmir"
Eks-həyat yoldaşı futbolçu Caner Erkinlə məhkəmə mübahisələri ilə gündəmdə olan Asena Atalay "Renkli sayfalar"ın qonağı olub.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, keçmiş həyat yoldaşının aktrisa Şükran Ovalı ilə yenidən evlənməsini qəbul edə bilmədiyi və onları qısqandığı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib:
"Biz boşanmışıq. Onun 28, mənim də 27 yaşım var. Təbii ki, ikimizin də həyatında kimsə olacaq. O, yenidən uşaq sahibi də ola bilər. O uşaq da Çinarımın qardaşı və ya bacısı olacaq, yəni bir tərəfdən də mənim uşağım sayılar. Başlarına bir iş gəlsə, uşaqlarına baxa bilərəm, onu böyüdərəm. Niyə qısqanmalıyam ki, onlarla düşmən deyiləm. Biz ayrıldıq, sadəcə ayrılmağım biraz zamanımı aldı. Bu saatdan sonra mənim üçün sadəcə Çinarın psixologiyası önəmlidir. O, atasının evləndiyini hələ bilmir. Caner boşandıqdan sonra gec-gec görüşür, ay yarımdan bir oğlunu görür. Halbuki, evli olanda uşağını sevən bir ata idi".
O, Canerdən tələb etdikləri barədə də danışıb:
"Vicdanım rahatdır, maddi və mənəvi bir səhvim yoxdur. Elə bir an gələcək ki, qarşı tərəf xəta etdiyini anlayacaq".
Qeyd edək ki, Asena bir müddət öncə Canerə uşaqları Çinarın xərclərini qarşılamadığı üçün 451 min lirəlik (təxminən 225 min manat) təzminat davası açmış, daha sonra isə evli olduqları zaman alınan mal-mülkün bölüşdürülməsini tələb etmişdi.
1146 dəfə oxundu