"Evlilik proqramlarındakı qızların..."

"Evlilik proqramlarındakı qızların..."

Müğənni Nihat Doğan evlilik proqramları ilə bağlı sərt açıqlamalar verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Beyaz TV"də yayımlanan "Söylemezsem Olmaz"ın aparıcısı olan müğənni evlilik verilişlərinə qatılan qadınların yarısının fahişə olduğunu iddia edib.

"Ora qatılanlar "Periscope"dan və başqa yerlərdən özlərini ifşa edirlər. Məni danışdırmayın. Mən heç zaman evlilik proqramlarını hədəf almamışam, yalnız bircə dərdim var: "Bu əxlaqsızlıqlarınıza dini qarışdırmayın" demişəm. Millətin dinindən o pis əllərinizi çəkin".

İddialarını sübut edə biləcəyini də deyən Nihat onların qiymətlərini də bildiyini söyləyib:

"Məni əsəbiləşdirsələr, həmin siyahını gətirə bilərəm. Ayrı-ayrılıqda hamısının qiymətini bilirəm".

Qeyd edək ki, bir müddət öncə müğənni Zuhal Topalın evlilik proqramındakı Hanife adlı qızın gecə klublarında olduğunu iddia edərək, ona "Hicabını çıxar, mini paltar geyin" demişdi. Bu sözlərinə görə isə gəlin namizəd Nihatı məhkəməyə verəcəyini bildirmişdi.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1122 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...