Müğənninin adıyla uşaqları cinsi istismar edirmiş - valideynlərin nəzərinə

Müğənninin adıyla uşaqları cinsi istismar edirmiş -


İnternetdə azyaşlıları müğənni Castin Biber olduğuna inandıran, sosial medialarda onları intim fotolarını çəkib göndərməyə razı salan manyak həbs edilib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, avstraliyalı oğlan 931 fərqli hadisə ilə ittiham edilib. 3 zorlanma hadisəsində adı çəkilən 42 yaşlı manyak uşaq istimarına görə həbs edilib.

Onun 157 uşağı internetdə və real həyatda cinsi istismar etdiyi deyilib. İşi Avstraliya polisi ilə yanaşı ABŞ və Almaniya polisi də araşdırıb.

Detektiv Con Rus Castin Biber fanatlarını diqqətli olmağa çağırıb. O, xüsusilə valideynlərin bu barədə ciddi nəzarətinin olmasının vacibliyini vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1224 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...