"Mən şərəfsiz deyiləm..." - Esradan hökumətin qərarına münasibət

"Mən şərəfsiz deyiləm..." -


Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bu gün verdiyi açıqlamada evlilik verilişlərinin ləğv ediləcəyini söyləyib.

Gundeminfo.az qafqazinfo-ya istinadən xəbər verir ki, məşhur aparıcı Esra Erol hökumətin bu qərarına canlı efir zamanı münasibət bildirərək mövsümün sonunda proqramla vidalaşacağını bildirib.

"Cənab, bu proqramları bağlayın, sizin də canınız qurtarsın, mənim də...10 ildir ekranlardayam, 10 ildir bu verilişi aparıram və bunu haralarasa aparmaq istədim. Bu işə çox əmək vermişəm, bir uşağı böyütdüm...Amma proqramın son 2 ildəki vəziyyəti məni həyatımdan bezdirdi. Mövsümün sonuna qədər verilişi aparacağam. Mən şərəfsiz insan deyiləm. O xəbərlərin içində olmaq istəmirəm. Şərəfim, vicdanım, qürurum gördüyüm hər işdən, qazandığım puldan da önəmlidir. Bütün bunları atamdan öyrənmişəm. Hardasa palçıq varsa, o, sizə də bulaşacaq. Mən o palçıqla yaşaya bilmərəm", - deyə aparıcı qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1091 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...