Kamil Zeynallının 50 minlik məhkəməsi yekunlaşdı - Jurnalist xanım narazıdır

Kamil Zeynallının 50 minlik məhkəməsi yekunlaşdı -
Xətai Rayon Məhkəməsində hakim Namidar Misirzadənin sədrliyi ilə jurnalist Əfruzə Ağayevanın K.Zeynallıya qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi başa çatıb.

K.Zeynallı jurnalisti sosial şəbəkələr və saytlar vasitəsilə təhqir etmişdi. Buna görə də Ə.Ağayeva məhkəməyə müraciət edərək K.Zeynallının ondan üzr istəməsini və dəymiş mənəvi ziyana görə 50 min manat tələb edib.

Milli.Az xəbər verir ki, bu gün məhkəmə prosesi başa çatıb. Bu barədə Kamil özü səhifəsində məlumat verib.

Kamil bildirib ki, məhkəmənin qərarına görə, hər iki tərəf bir-birindən üzr istəməlidir. Yerdə qalan 50 minlik təzminat isə təmin edilməyib.

Kamil Zeynallının 50 minlik məhkəməsi yekunlaşdı -


Lakin Əfruzə Ağayeva K.Zeynallının düzgün məlumat vermədiyini deyib. O, məhkəmənin qərarına əsasən, yalnız Kamilin üzr istəməli, özünün isə təkzib verməli olduğunu bildirib:

"Demişdim axı, Kamil Zeynallı, sonda üzr istəyəcəksən, vəssalam. Ancaq qərarla tam razı deyiləm. Yenidən Apellasiya məhkəməsinə müraciət edəcəm. Çünki hakim K.Zeynallı üzr istədikdən sonra mənim də çalışdığım saytda aparıcı Şəbnəm Həsənovanın yazısına görə təkzib verməyimi istəyib. Amma mən bunu etməyəcəm. Çünki yalan yazmamışam. Adam nə vaxt təkzib verər? Yalan yazı yazanda. Amma Şəbnəm xanım etiraf edib və səs yazısı da var ki, deyir ki, Kamilin mənə söydükləri nəslindəki xanımlara getsin".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1167 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...