“Ərimin həyatında başqa qadın var idi” – Damla efirdə ağladı (VİDEO)
ARB TV-nin “Gəlin danışaq” verilişinin növbəti qonağı son zamanların ən çox dinlənilən və sevilən ifaçısı Damla olub.
İlk olaraq adının Məsumə olmasına baxmayaraq, Damla ilə tanınmasına aydınlıq gətirən müğənni bunu belə izah edib:
“İllər öncə prodüsserim Rəhman Hacıyevlə tanış olanda mənə dedi ki, səs tembrin başqadı, bizim estradakılara bənzəmir. Adını dəyişək, insanlarda maraq oyadaq və efirdən öncə internet vasitəsilə təqdim edək. Hər kəs bilir ki, mən televiziya sayəsində tanınmamışam. Mahnımız hazır oldu, yalnız fotosessiya etdik. “Youtube”yə yerləşdirdik və sosial şəbəkələrdə, saytlarda yayıldı. Hamı elə bildi ki, Türkiyə şou-biznesindən kimsə gəlib. Bir müddət sonra qınaqlar gəldi. Hələ də o qınaqlar davam edir. Hər kəs möhtəşəm ola bilməz. Həmin insanları anladığım üçün cavab vermirəm. Mən o insanları məcbur edə bilmərəm ki, mənə qulaq assinlar. Bəlkə də peşəkar musiqi dinləmək istəmirlər. Həmin insanlar yəqin ki, ara musiqiləri dinləyir”.
İfaçı müğənnilikdən öncə hansı peşə ilə məşğul olduğuna da aydınlıq gətirib:
“Müğənnilikdən öncə kompyüterlə bağlı bir şirkətdə işləyirdim. Menecer vəzifəsində idim. Ali təhsil aldığım ərəfələrdə evlilik həyatı qurdum. 18 yaşımda evləndim. Maddi durumumuz o qədər də yaxşı deyildi. Düşündüm ki, müğənnilikdən uzaqlaşım. Şirkətdə çalışan zaman öz-özümə mahnı oxuyurdum. Mənə deyirdilər ki, səsin var, get oxu. İşləməyə başlayanda artıq boşanmışdım. Evliliyimiz 1 il sürdü. Evliliyimizin başa çatması mənimlə bağlı olmadı. Xaricdə yaşayırdı və orada özünə görə bir həyatı var idi. Bunu nə vaxta kimi uzatmaq olardı? Ayrı qalırdıq demək olar ki. Valideynlərim narazı idilər ki, belə olmaz. Gözlərinin qabağında şam kimi əriyirdim.
Onun həyatında başqa qadın var idi. Həyatımda yaşadığım heç bir pis hadisə üçün depresiyaya düşmürəm. Əslində böyük psixoloji travma almışdım. O travma da oğlum üçün idi. Şükür ki, hər şey yaxşıdır. Peşman deyiləm”.
1251 dəfə oxundu