“Mənim üçün dinin fərqi yoxdur” - Nadir Qafarzadə

“Mənim üçün dinin fərqi yoxdur” - Nadir Qafarzadə


Xəbər verildiyi kimi, müğənni Nadir Qafarzadə ATV telekanalının efirində yayımlanan “Azərbaycanın səsi” yarışmasında bir çox insanların gözünün kor, qulağının isə kar olduğunu deyib:

“Mən bu sözü acı da olsa deyəcəm. Təəssüf edirəm ki, çox insanların gözü kor, qulağı isə kardır. Bizdə yaxşı həkimlər var, hərdən getmək lazımdır”. O, bu sözlərdən sonra əli ilə xaç çevirib. Bundan sonra onun xristian olması barədə xəbərlər tirajlanıb.
Tanınmış müğənni bu olayla bağlı fikirlərini AzNews.az-la bölüşüb. O bildirib ki, dinin onun üçün fərqi yoxdur: “Xaç çevirmişəm, əcəb eləmişəm. İsa köməyiniz olsun”. Müğənni efirdə işlətdiyi təhqirli ifadələrə də aydınlıq gətirib: “Hamının ətrafında kar və kor var. Onlar Allahın verdiyi bəladır, biz belə insanları təhqir etmərik”.

Qeyd edək ki, müğənni Nadir Qafarzadənin efirdə səsləndirdiyi ifadələr a24.az saytında yer alıb.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1488 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...