Cennifer Lopez dördüncü dəfə ərə gedir

Cennifer Lopez dördüncü dəfə ərə gedir


Müğənni Cennifer Lopez və rəqqas Kasper Smart keçən il ayrılsalar da son vaxtlar yenidən bir yerdədirlər

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, barışan cütlük kameralar qarşısında görünsələr də, münasibətləri haqda çox məlumat vermirlər. Lakibn bir neçə gün əvvəl Kasper Cey Lo və onu uşaqları ilə bir yerdə gün keçirib. Müğənni həmin gündən fotonu İnstaqram hesabında paylaşaraq sevgilisi ilə münasibətlərinin ciddi olduğunu nümayiş etdirib.


Cütlüyün ətrafı və yaxın dostları deyir ki, onlar payızda nikahlarını rəsmiləşdirmək istəyirlər. Cennifer bunu gizlətməyə çalışsa da, "Viva Movil" jurnalı onun barmağında artıq nişan üzüyünün olduğunu yazıb.

Qeyd edək ki. bu Cennifer Lopezin dördüncü evliliyi olacaq. O, 1997-98-ci illərdə kubalı Ojani Noayla, 2001-02-ci illərdə rəqqas Kris Cuddla evli olub. İkinci boşanmasından sonra müğənni aktyor Ben Affleklə sevgili olub. 2002-ci ildə nişanlanan cütlüyü media "Bennifer" adlandırırdı. 2003-cü ilin sentyabrında toylarından bir gün əvvəl isə mərasimi təxirə salıblar. 2004-cü ildə dostu, müğənni Mark Entoni ilə sevgili olan Cey Lo həmin ilin iyununda ailə qurub. Əkiz uşaqları olan cütlük 2012-də boşanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1298 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...