“Onlar məni söysələr belə heç nə deyə bilmərəm”
“Rasim Balayevin təndiqlərini başa düşürəm, çünki o ilk addımlarını 70-80 ci illərdə atıb, o illərdə də filmlərimizin yaxşı büdcəsi var idi. Biz 1990-cı illərdə çox sıxıntılı vaxta düşdük, kamera yox, işıq yox, büdcə yox, amma buna baxmayaraq bu yoxluqların içində nəsə görməyə çalışırdıq”.
“Yeni Sabah” xəbər verir ki, bunu Moderator.az-a müsahibəsində aktyor Elməddin Cəfərov deyib. Onu tənqidd edənlərə cavab olaraq E. Cəfərov bildirib ki, əlbəttə ki, təbii gözlə baxanda gördükləri iş çox cılız idi, amma olmamağındansa olmağı daha yaxşı idi.
“Şeyx Əbdül isə insan olaraq məni bir o qədər də yaxşı tanımırdı, sonra bir serialda birgə çəkildik, dedi ki, Elməddin, mən yanılmışam! Mən də dedim ki, yanılsan da, yanılmasan da haqlısan, nə desən ağsaqqalımsan! Onların sözü sorğulanmır, nə desələr mənim üçün qanundur. Onlar məni söysələr belə heç nə deyə bilmərəm.
Bizdə o dediyim işıq, səs aparatları, kameralar, mükəmməl texnikalar olub, biz xaltura etməmişik, olmazların içində nəsə etməyə çalışmışıq. Sevindirici bir haldır ki, mən Türkiyədə filmə çəkiləndə, verilişdə qonaq olanda onlar bizim "Bacanaqlar" serialı haqda çox xoş sözlər dedilər. Çox sevindirici bir hal idi, çünki biz bu serial ideyasını kimdənsə oğurlamamışdıq, özümüz doğmuşduq”.
1657 dəfə oxundu