“Bu yaxınlarda anam vəfat etdi, cəmi üç gün yas saxladım“ - Bəhram Bağırzadə

“Bu yaxınlarda anam vəfat etdi, cəmi üç gün yas saxladım“ -

Artıq iyulun 1-dən etibarən toy, nişan, xınayaxdı və digər ziyafətlərin keçirilməsinə rəsmən icazə verildi. Lakin məclislərdəki maksimum adam sayının 150 nəfər olması heç də hamı tərəfindən birmənalı qarşılanmır. Təbii ki, təntənəli və dəbdəbəli toy, düyün etmək istəyənlərin sayı da az deyil.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist, “Bakılı oğlanlar”, “KVN” teatrının aktyoru Bəhram Bağırzadə toylara çox adam çağrılmasının tərəfdarı olmadığını deyib:

“Mən, ümumiyyətlə, çalışıram ki, toylar haqda düşünməyim. Mənim toyum artıq olub deyə, bu mövzu ilə maraqlanmıram. 150 nəfərin az olduğunu kimlər toy edəcəksə, onlar düşünsün. 20 il bundan əvvəl olsaydı və mən özümə toy edəsi olsaydım, toyuma heç 60 nəfərdən artıq adam dəvət etməzdim”.

Yas mövzusuna toxunan Bağırzadə yas mərasimlərinin İslam dinində olmadığını bildirib:

“Ümumiyyətlə, İslam dinində yas yoxdur. Bu yaxınlarda mənim də anam vəfat elədi. Mən üç gün matəm saxladım, duasını oxudum, heç kimə də əziyyət vermədim. Cəmi üç gün yas saxlamaq olar, çox yox”.

Qeyd edək ki, pandemiya ilə əlaqədər ötən ilin mart ayının 13-dən etibarən ölkədə kütləvi toy, nişan və ad günlərinin keçirilməsi qadağan edilib. 1 il 3 aydan sonra nəhayət bu qərar ləğv olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1490 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...