Nazilədən şəhidin nişanlısına ağır sözlər: “Sənin böyüyün olsaydı...“

Nazilədən şəhidin nişanlısına ağır sözlər:

Tanınmış şairə, teleaparıcı Nazilə Səfərli şəhidin nişanlısının evlənməsini sərt tənqid edib.

Yenisabah.az xəbər verir ki, bu haqda danışan aparıcı ailə quran xanımı şəhidin ilinin çıxmasını gözləmədiyinə görə qınayıb:

“Neçə gündür səngimək bilməyən məsələyə diqqətinizi çəkmək istəyirəm. Şəhid nişanlısı başqa bir adamla ailə qurub. Bu, böyük rezonans doğurub. Əvvəla, qeyd edim ki, 1941-45-ci il müharibəsində çox qadın dul qaldı, nişanlısı şəhid olanlar oldu. Onların bəziləri ümumiyyətlə, başlarından qara yaylığı açmadılar, bir ömür ailə qurmadılar. Hətta dərdlərindən tabak, siqaret çəkənlər də var idi, heç kim onlara nəsə demirdi, çünki bilirdilər ki, dərdlərindən çəkirlər. Bu mövzuda rezonans doğuran odur ki, xanım şəhidin ilinin çıxmasını gözləməyib. Şəhid elindir, xalqındır, sən əgər ona nişanlın kimi hörmət qoymamısansa, eldən ayıb idi, bir az gözləyərdin. Sən heç yaxşı iş görmədin, qızım. Üzündə elə bir ironiya, elə bir ismarıc var ki, sanki qisas alırsan. Atan, anan hara baxır görəsən… Əgər sənin böyüyün olsaydı, sənə yaraşan o olardı ki, qapına ikinci elçi gələndə gedib keçmiş qayınanandan icazə, halallıq alasan. Elədiyin hərəkət yaxşı deyildi, İnşallah ki, xoşbəxt olarsan. Səni alan oğlan burada canını sağlam güdəndə, sənin keçmiş nişanlın gedib şəhid olub. Bu ədalət deyil ki axı. Ən azından sən başa düşməmisənsə, o oğlan bunu başa düşməliydi”.

Həmin görüntüləri təqdim edirik:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1698 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...