Məşhurların özlərindən az “məşhur“ olmayan övladları: Narkoman, əyyaş, dələduz...
“Ailənin adını layiqincə davam etdirə bilməmək təkcə məşhurların övladlarına aid deyil”.
Bunu Yenisabah.az-a yazıçı Seyran Səxavət bildirib.
O, mərhum Xalq artisti Səyavuş Aslanın oğlu ilə bağlı sosial şəbəkədə məyusedici fotolar və məlumatları şərh edib:
“Məşhurların ovladları barədə ona görə bu qədər çox danışılır ki, üzdədir və hamılılıqla tanınırlar. Əslində, dəmirçinin də, sürücünün də, çobanın da övladı belə nanəcib xələfi ola bilər və olur da. Səyavuşun həyatı, həyat tərzi göz qabağında idi deyə, oğlunun bu gün pis durumda olması tez-tez gündəmə gəlir. Bu, sovet dövründə də vardı, bu gün də belədir, sabah da belə olacaq. Hətta sovet dövründə belə hallar çox olurdu, sadəcə həmin hadisələri ictimailəşdirmirdilər, ictimaiyyətdən gizlədirdilər.
Elə məşhur övladları var ki, dünyanın ən ağıllı uşaqları olur. Yaxud da fəhlənin elə övladı ola bilər ki, dünyanın ən alçaq işlərinə əl bulaşdırır”.
Yazıçı mühitin insana təsirini qabardıb:
“Təəssüf ki, bunun ailəyə dəxli yoxdur, çünki mühit ailədən də, valideynlərdən də min dəfə güclüdür. Mühit valideynlərin də, valideyndən törəyənlərin də əl-ayağını bağlayıb öz qulu kimi onunla istədiyi kimi davranır”.
1676 dəfə oxundu