“Üzümə deyirdilər ki, ay bəxtəvər, həyat yoldaşından da yarımısan, sənətindən də...”

“Üzümə deyirdilər ki, ay bəxtəvər, həyat yoldaşından da yarımısan, sənətindən də...”
“Həyat mənim üçün maraqını itirib. Həyat yoldaşım yoxdursa həyatımda nə maraq ola bilər? Mən inana bilməzdim ki, həyat yoldaşımı bu qədər çox istəmişəm. Mənə bəlkə də bir şey olsaydı o yaşamazdı, hələ mən yaşayıramsa böyük işdir”

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Gülbahar Şükürlü deyib. O daha sonra əlavə edib.

“Zahidi itirəndə əvvəllər həyatla barışmırdım, özümə gələ bilmirdim. Daha sonra şəhid analarını görüb təsəlli tapdım. Elə şəhid analarımız var ki, heç bala toyu görmədilər. Yenə də şükür Zahid övladlarının toyunu gördü, 3 nəvəsini qucağına aldı. Övladlarıma deyirəm ki, sabah mən də dünyadan köçsəm siz şükür edin. Çünki mən də sizin toyunuzu, nəvələrimi görmüşəm. İnşallah ki, görməyənlər görsün” deyə sənətçi bildirib.

Əməkdar artist səhhətindən də danışıb.
“Üzümə deyirdilər ki, ay bəxtəvər, həyat yoldaşından da yarımısan, sənətindən də...”

“Allaha şükür, səhhətim çox yaxşıdır. Sevənlərimə və tamaşaçılarıma demək istəyirəm ki, narahat olmasınlar. Koronavirus xəstəliyinə yoluxmağımla bağlı xəbərlər yayılmışdı. Yalandır, korona deyildim. Sadəcə o günü bir jurnalist mənə zəng etmişdi, dedim ki, qızdırmam düşmür, özüm-özümdən şübhələnirəm. Gördüm ki, saytlarda yazılar çıxıb ki, koronavirusa yoluxmuşam. Bütün günü evdəyik, hara çıxırıq ki, koronavirusa da yoluxaq? Hələ ki, toylar da yoxdur, zəifçilikdir” deyə Gülbahar Şükürlü bildirib.

O, daha sonra əlavə edib.

“Hamı soruşur ki, maddi durumun necədir? Necə dolanırsan? Allaha şükür övladlarımı evləndirmişəm, yer-yurd sahibi etmişəm. Əvvəl maddiyata daha çox ehtiyacım var idi, çünki uşaqlarım balaca idi. Bu gün palaza bürünüb, ellə sürünürəm. Az olacaq az xərcləyəcəyik, çox olacaq çox! Həyat yoldaşım da işləyirdi, o da ailəni dolandırırdı. İndi evə gəlir gətirən tək mənəm. Əvvəl 25 toya gedirdimsə, indi 5-6 toy ancaq olur. Yenə bu günümüzə şükür. Mən uşaqlıqdan, hələ ailə qurmamışdan əvvəl də Allaha şükürlər edirdim. Bəlkə də ona görə də Şükürlü soyadlı oğlana ərə getdim (gülür). Şükür etmək lazımdır, başqa çarəmiz yoxdur” deyə sənətçi bildirib.

Gülbahar Şükürlü bəd-nəzərə inandığını da bildirib.

“Mən ömür boyu caduya inanmamışam, cadu edənlərin özləri nə gündədir?! Hansı cadu edənin ailəsi var ki? Amma gözə, nəzərə inanıram. Üzümə deyirdilər ki, ay bəxtəvər həyat yoldaşından da yarımısan, sənətindən də. Deyə-deyə də məni yıxdılar. Özü də necə lazımdırsa yıxdılar. Adam özü də hiss edir ki, ona kimin gözü dəyir. Həyat yoldaşım Zahid heç vaxt mənə əziyyət verməzdi. Kimsə bizə gələndə o gözləmirdi ki, çayı mən gətirəcəyəm. Bir də görürdüm ki, çayı özü gətirib gəlib. Bəzən deyirlər ki, kişi kişi olmalıdır, qadın işi görməməlidir. Kişi qadına kömək etməməlidir? Vurub yıxana kişi deyirlər?” deyə əməkdar artist bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1631 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...