“Fəryad-2”nin çəkilişləri başa çatdı - FOTOLAR

  “Fəryad-2”nin çəkilişləri başa çatdı -

“Həyat, deyəsən gözəldir” tammetrajlı bədii filminin Xocavənd rayonunun Hadrut qəsəbəsində, Xızı rayonunda, Bakıda və Abşeron yarımadasında iki aydan artıq müddətdir ki, həyata keçirilən çəkilişləri yekunlaşıb.
Yeniavaz.com xəbər verir ki, “Azərbaycanfilm” kinostudiyasından məlumat verilib.
Rejissoru Xalq artisti Vaqif Mustafayev olan film erməni daşnaklarının 30 ilə yaxın bir müddətdə zəbt edərək talayıb viran qoyduğu Qarabağ torpaqları uğrunda gedən 44 günlük Vətən müharibəsindəki zəfərimizdən bəhs edir. Azərbaycan ordusunun hücumları nəticəsində ermənilər aciz qalır, təlaşa düşürlər. Əsir alınan erməni əsgərləri arasında iki qardaş da var. Qardaşların sonrakı aqibəti tragikomik janrda olan ekran əsərinin əsasını təşkil edir.
İlkin işçi adı “Fəryad 2” olan filmin ssenari müəllifi və rejissoru Vaqif Mustafayev, təsvir rejissoru Orxan Abbasov, rəssamı Quram Navrozaşvili, geyim rəssamı Keti Kalandadze, bəstəkarı Tural Məmmədli, prodüseri isə Fariz Əhmədovdur. Əsas rollarda Hikmət Rəhimov, Sevinc Əliyeva, Nino Qomarteli, Dmitri Samxaradze, Giorgi Celiya və Aftandil Maxaradze çəkiliblər.
Film Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal olunub.

  “Fəryad-2”nin çəkilişləri başa çatdı -
  “Fəryad-2”nin çəkilişləri başa çatdı -
  “Fəryad-2”nin çəkilişləri başa çatdı -
  “Fəryad-2”nin çəkilişləri başa çatdı -
  “Fəryad-2”nin çəkilişləri başa çatdı -
  “Fəryad-2”nin çəkilişləri başa çatdı -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1373 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...