Şəhriyardan ŞOK ETİRAF: “Oksananın oğlunun atası mənəm” - VİDEO

Şəhriyardan ŞOK ETİRAF:

Aparıcı Şəhriyar Əbilovun şəxsi həyatı ilə bağlı verdiyi açıqlama hər kəsi şoka salıb.

ARB-də yayımlanan müğənni Roza Zərgərlinin “Tam vaxtıdır” proqramına qonaq olan Əbilov rəqqasə Oksana Rəsulova ilə dörd ildir birlikdə olduqlarını bildirib.

Şəhriyar Oksananın oğlu Osmanın da öz oğlu olduğunu etiraf edib:

“Oksana ilə 15 ildir dostam. Zaman keçdi, bizim “Lal yuxu” serialımız oldu və həmin serial dönəmində bir-birimizə hisslərimiz yarandı. Artıq dörd ildir ki, evliyik. Üç yaşında oğlumuz var, onunla nəfəs alıram. Bu söhbətə son qoymaq istəyirəm və bir də qayıtmaq istəmirəm”.

Əbilovun bu etirafını eşidən Zərgərli sevinc göz yaşlarını saxlaya bilməyib və kövrəlib.

Qeyd edək ki, Oksana Rəsulova hamilə qaldığı dönəmlərdə medianın gündəmindən düşmürdü. Onun həyat yoldaşının və ya övladının atasının kim olması tez-tez şou-biznes jurnalistləri tərəfindən araşdırılırdı.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2828 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...