Aktrisanın qatıldığı verilişdə qalmaqal: "Cövdət pulumu vermədi"

Aktrisanın qatıldığı verilişdə qalmaqal:

"Xəzər TV"də yayımlanan və aparıcılığını Xəyalə Quliyevanın etdiyi "Bir gün sizdə, bir gün bizdə" proqramı ətrafında qalmaqal yaşanıb. Aktrisa Cəmilə Tağızadə verilişdə ona qarşı saxtakarlıq edildiyini bildirib.

Bu haqda Axşam.az-a açıqlama verən Cəmilə onu aldadıb, pulun ödənilmədiyini və verilən vədlərin yerinə yetirilmədiyini söyləyib. O bildirib ki, verilişi lentə alan prodakşının rəhbəri aktyor Cövdət Şükürovdur:

"Mənim çəkildiyim hissə hələ efirə getməyib. Mənə aktrisa Günay Əhməd təklif etdi, razılaşmadım. Sonra dedi ki, gəl, səni qalib edəcəyik, mükafatı sənə verəcəyik. Mən də razılaşdım və adamları yığdım. O qədər bacarıqsızdılar ki, iştirakçı tapa bilmir, ciblərindən pul çıxsın istəmirlər. Eyni zamanda da reytinq istəyirlər. Çəkiləndən sonra gördüm ki, bunlar başdan ayağa saxtakardır. Veriliş saxtakarlıqla başlayıb, elə də davam etdi. Günə 100-150 manat çəkiliş üçün pul ödənilməli idi. Dedim ki, onu keçirəm, qalib olaram və həmin 200 manat mükafatı verərsiniz. Amma sonra məni uduzdurdular və qalib oğlanı etdilər. Mənim pulumu və digər iştirakçıların ödənişi verilmədi.

Veriliş efirə gedir-getmir məni maraqlandırmır. Komandanı mən yığmışam, hamının pulunu versinlər. Prodakşın adam aldatmaqla məşğuldur. Prodakşının rəhbəri də aktyor Cövdət Şükürovdur. Haqqımı ondan tələb edirəm. Yemək verilişidir, 50 manatlıq bazarlıq edilir. Deyirlər ki, ondan artıq olursa, öz cibinizdən verin. Niyə? İştirakçılarda masa yaxşı görünsün deyə, ciblərindən pul xərcləyib. Kanaldan pul götürürsən, niyə cibinə qoyursan? Gündəlik çəkiliş pullarını verməyiblər. İstədikləri kimi kimisə qalib edir, kimi uduzdurur".
Aktrisanın qatıldığı verilişdə qalmaqal:

Cəmilə qeyd edib ki, pullar ödənilməsə, prodakşınla bağlı məhkəməyə müraciət edəcək:

"Əgər mənim haqqım ödənilməsə, məhkəməyə müraciət edəcəm. Məsələni bu həddə gətirmək istəmirdim, amma mənimlə kobud danışdılar. Ona görə də məsələni ictimailəşdirdim. Bundan sonra heç kim o verilişə aldanmasın".
Aktrisanın qatıldığı verilişdə qalmaqal:

Proqramın aparıcısı Xəyalə Quliyeva məsələ ilə bağlı Axşam.az-a açıqlama verib. O bildirib ki, Cəmilənin iddiaları yalandır:

"Bizim proqramda gündəlik heç bir iştirakçıya pul ödənilmir. Yalnız edilən bazarlığın haqqı mağazaya verilir ki, bu da edilib. Bizdə pul yalnız qalibə verilir, amma qalib də Cəmilə olmayıb. Niyə ona pul verməliyik? Deyəsən, Cəmilə Türkiyəyə gedib, sonra bura qayıdıb, ona piar lazımdır. Bilmir nə etsin. Heç kimə söz verilmir ki, sən qalib ediləcəksən. Onun yeməklərinə isə layiq olduğundan artıq bal verilib. İştirakçılara pul ödənmir, onların verilişdə olması belə onlar üçün reklamdır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2067 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...