Koronavirusa yoluxan Xalq artisti başqa xəstəxanaya köçürülüb

Koronavirusa yoluxan Xalq artisti başqa xəstəxanaya köçürülüb

Koronavirusa yoluxan Azərbaycanın tanınmış diktoru, Xalq artisti Eldost Bayram başqa xəstəxanaya köçürülüb.

Bu barədə "Report"a sənətçinin həyat yoldaşı Minarə Bayram məlumat verib.

O bildirib ki, 74 yaşlı Xalq artisti Zığ qəsəbəsindəki modul tipli xəstəxanadan dekabrın 9-da sağalma diaqnozu ilə çıxıb. Amma özünü yaxşı hiss etmədiyinə görə yenidən Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib: "Həkimlərlə səhər danışmışam, vəziyyətinin sabit olduğunu, müalicə aldığını deyirlər. Bir aydan çoxdur üzünü görmürəm, görsəm, bilərdim ki, necədir. Artıq neçə gündür səsini də eşitmirəm".

Qeyd edək ki, E.Bayram koronavirusa yoluxduğu üçüm bu il noyabrın 30-da Zığ qəsəbəsindəki modul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. O, bir müddətdən sonra sağalaraq palataya köçürülmüşdü.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1851 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...