"Balalarımı qaytar, onları ögey anaya verməyəcəm"

"Balalarımı qaytar, onları ögey anaya verməyəcəm"

Xəbər verdiyimiz kimi, Əməkdar artist Mətanət İsgəndərli yenicə boşanan oğlu Kərim üçün elçi gedib.

Gundeminfo.az Axşam.az-a istinadən xəbər verir ki, Kərimin birinci həyat yoldaşı Canana məsələ ilə bağlı açıqlama yayıb. O, övladlarını ögey ananın böyütməsinə qarşı çıxacağını bildirib:

"Bu hadisə illər əvvəl planlaşdırılmışdı. Məni boşamaq planları hər zaman olub. Mənim övladlarım da onlara heç lazım deyil. Məhkəmə bitib qurtarandan sonra onları geri göndərəcəklər. Bunu da alimenti mən ödəyim, uşaqlara ev verməsinlər deyə edirlər. Hazırda uşaqlar onlara lazımdır. Körpə və ananı düşünən yoxdur.

Bu zaman nə demək lazımıdr? Allah xoşbəxt eləsin. Axır ki, illərlə qurduğu istəyə nail oldu. Mən Canana da sənə xeyir-dua verirəm. Sən o Mətanət İsgəndərlisən ki, 21 yaşlı qıza üzük taxıb, sonra onun başına 8 il oyun gətirən... Hər zaman sənin hörmətini saxladım. Balalarımı geri qaytar, övladlarımı heç bir ögey anaya vermək üçün dünyaya gətirməmişəm".

Qeyd edək ki, Kərim Aysel adlı xanımla evlənməyə hazırlaşır. Bir neçə gün əvvəl cütlüyün "hə" mərasimi olub. Kərim Cananadan oktyabrda boşanıb. Onların 3 övladı var. Hakim uşaqların atada qalmasına qərar verib.


"Balalarımı qaytar, onları ögey anaya verməyəcəm"



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1507 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...