Afaq Bəşirqızının ölüm ayağında olan aktyor haqda sözləri qınağa səbəb oldu
Xalq artisti Afaq Bəşirqızının ağır xərçəng xəstəliyindən əziyyət çəkən aktyor Novruz Qartal haqqında fikirləri cəmiyyətdə böyük qınağa səbəb olub.
Qaynarinfo xəbər verir ki, buna səbəb Afaq Bəşirqızı həmkarı Novruz Qartalın səhhətindən danışarkən dediyi sözlər olub.
Sosial şəbəkə izləyicilərinin bəziləri Afaq Bəşiqızını "yarasız adam” adlandırıb. Bəziləri isə Novruz Qartalı Afaq Bəşirqızıdan daha güclü aktyor hesab etdiyini deyib.
İzləyicilər ölüm ayağında olan bir aktyorun ardınca belə danışmağı Afaq Bəşirqızına yaraşdırmadıqlarını bildiriblər.
Qeyd edək ki, Xalq artisti Afaq Bəşirqızı Yenisabah.az-a açıqlamasında uzun illərdir eyni teatrda işlədiyi və eyni səhnəni bölüşdüyü Novruz Qartalın səhhətinə laqeyd yanaşıb:
"Mən elə boş adam deyiləm ki, hər mövzuda danışım, münasibət bildirim. Onun haqqında bu qədər yazırsınız, daha bəsdir. Novruz Qartalı eləmisniz Milli Qəhrəman, Allah evinizi tiksin. İndi xəstə adamdır, aktyordur da. Heç dəxli var?” - deyə bildirib.
Xatırladaq ki, Əməkdar artist xərçəng xəstəliyindən əziyyət çəkir.
2356 dəfə oxundu