Koronavirusa yoluxan Xalq artistindən XƏBƏR VAR - evə buraxılıb

Koronavirusa yoluxan Xalq artistindən XƏBƏR VAR -
Koronavirusa yoluxan Xalq artisti Valeh Kərimov müalicə aldığı xəstəxanadan evə buraxılıb. Gundeminfo.az xəbər verir ki, bu barədə "Report"a Xalq artisti özü məlumat verib.

Onun sözlərinə görə, hazırda Bakıda evindədir: "Dörd gün xəstəxanada qaldım, müalicə olundum. İndi tam sağalmışam. Özümü yaxşı hiss edirəm".

Qeyd edək ki, V.Kərimov bir müddət əvvəl koronavirusa yoluxub. O, Ağdaş Rayon Mərkəzi Xəstəxanasında müalicə olunurdu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1063 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...