Flora Kərimova zəhərlənməyib, məhkəməyə hazırlaşır - Köməkçisi

Flora Kərimova zəhərlənməyib, məhkəməyə hazırlaşır -
"Flora Kərimovanın vəziyyəti yaxşıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Flora Kərimovanın köməkçisi Yaqut xanım sənətçinin zəhərlənməsi ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. Köməkçi məlumatın yalan olduğunu bildirib:

"Flora xanım zəhərlənməyib. Belə yalan məlumatlara fikir verməyin. Sabah məhkəmədir, ora hazırlaşırıq”.

Qeyd edək ki, Xalq artisti Flora Kərimovanın vəziyyətinin pis olduğu haqda məlumat yayılıb. Onun balıqdan zəhərləndiyi bildirilib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2410 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...