Cavanşir Qurbanov vəfat etdi

Cavanşir Qurbanov vəfat etdi
Azərbaycan Güləş Federasiyasının (AGF) sabiq vitse-prezidenti Cavanşir Qurbanov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, o, 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Cavanşir Qurbanov 1995-2017-ci illərdə AGF-də çalışıb.

O, ölkə idmanında uzunmüddətli xidmətlərinə görə Əməkdar məşqçi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi fəxri adları ilə yanaşı, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni və Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilmişdi.

Onu da əlavə edək ki, Cavanşir Qurbanov Azərbaycan Milli Güləş Federasiyasının prezidenti, “Mənim oğlum qəhrəmandır”, “Mənim atam qəhrəmandır” layihələrinin rəhbəri Cəlal Qurbanovun atasıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
38 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...