Kart şifrənizdə bu rəqəmlərdən İSTİFADƏ ETMƏYİN

Kart şifrənizdə bu rəqəmlərdən
Bank kartı istifadəsi gün keçdikcə artır. Nağd pulun alıcılıq qabiliyyəti isə getdikcə azalır. Belə olan halda kartlar gündəlik həyatın ayrılmaz bir hissəsinə çevrilir və təhlükəsizlik tədbirlərinin əhəmiyyəti də paralel olaraq artır.
Xüsusilə son illərdə artan rəqəmsal dələduzluq halları, istifadəçilərin şifrə təyin edərkən daha diqqətli olmalarını zəruri edir.
Kibertəhlükəsizlik mütəxəssisləri bəzi rəqəmlərin və kombinasiya formalarının hakerlər tərəfindən ilk yoxlananlar arasında olduğunu bildirirlər.
Bank kartı şifrələrində əsla istifadə olunmamalı olan bəzi rəqəmlər və səbəbləri:
• “1234”, “1111”, “0000” kimi təkrarlanan və ya ardıcıl rəqəmlər: Bu tip şifrələr statistik olaraq ən çox istifadə edilənlərdəndir. Hakerlərin proqramlarında ilk yoxlanılan şifrələr məhz bu cür sadə kombinasyonlardır.
• Doğum ili və ya doğum tarixi (məsələn: “1980”, “1990”, “2000”): Bu rəqəmlər asanlıqla təxmin edilə bilər. Sosial media vasitəsilə bu cür şəxsi məlumatlara çatmaq artıq çox rahatdır.
• Telefon nömrənizin son 4 rəqəmi: Bu üsul da tez-tez istifadə olunur və telefon nömrənizlə əlaqələndirildikdə kart məlumatlarınızın ələ keçirilməsi daha da asanlaşır.
• Ev nömrəsi və ya avtomobil nömrə nişanı: Asan yadda qalan rəqəmlər olsalar da, sosial mühəndislik texnikaları ilə rahatlıqla təxmin edilə bilər.
Mütəxəssislər nəyi tövsiyə edir?
Kart şifrələrinin tamamilə təsadüfi rəqəmlərdən ibarət olması və insanın kimliyi ilə birbaşa əlaqələndirilə bilməyəcək şəkildə seçilməsi vacibdir. Məsələn, “6391” kimi təsadüfi və sizin üçün xüsusi mənası olmayan bir kombinasiya daha təhlükəsiz hesab olunur.// News24.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
49 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...