Düşünmək üçün...

Düşünmək üçün...

İstər işğaldan əvvəl, istərsə də işğal dönəmində ermənilər Azərbaycanın yer adlarını (rayonlarını) istədikləri kimi adlandırırdılar. Bir qisminə rəsmi də nail olmuşdular.
Ağdərəni Mardakert, Xankəndini Stepanakert, Xocavəndi Martuni və s.
İşğal zamanı da rayonlarımıza özlərinə məxsus adlar uydurmuşdular.
Füzuli Varanda, Kəlbəcər Karvacar, Şuşa Şuşi, Xocalı İvanyan və s.
İndi sosial şəbəkələrdə bəzi rayonlarımızın rəsmi adları təhrif edilərək, fərqli yazılır. Bəlkə diqqətdən yayınan faktdır, lakin düşündürücüdür.
Nədən Lənkəran "Lənkon", Astara "Ostoro" və s. kimi qeyd edilir? Məqsəd nədir?
Məncə səlahiyyətli dövlət qurumları bu işin mahiyyətinə varmağa borcludurlar.
P. S. Bu cür təhrifçilərin bəzilərinin 44 günlük Vətən müharibəsi dönəmində səhifələrində paylaşdıqlarını analiz edən dostlarımıza təşəkkür edirəm.
O şəxslər həmin günlərdə Azərbaycan, Qarabağ, qələbə adına bir söz belə yazmayıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
54 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...