“Azərbaycanla yol xəritəsi barədə məsləhətləşmələrə başlamışıq” – Paşinyan
“Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında layihə mətni razılaşdırılıb və bu mətn ətrafında danışıqlar başa çatıb”.
Yeniavaz.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib.
“İndi, mahiyyət etibarı ilə elan olunmuş və ya elan olunmamış şəkildə, həmin başlıq altında və ya başqa bir başlıq altında biz Azərbaycanla hansı addımları atacağımız, yol xəritəsinin nə ola biləcəyi ilə bağlı məsləhətləşmələrə başlamışıq”, - Paşinyan deyib.
O bildirib ki, ilkin imza ideyası da gündəmdədir və bu, müzakirə olunan variantlardan biridir:
“Bu, tək deyil, müəyyən şərtlər daxilində qəbulolunan və real ola bilər, bəzi şərtlər daxilində isə o qədər də real olmaya bilər. Biz sülh müqaviləsinin imzalanması istiqamətində irəliləmək üçün heç bir imkanı əldən verməyəcəyik”.
Paşinyan deyib ki, Zəngəzur dəhlizi ilə bağlı proses Ermənistan Respublikasının suverenliyi, ərazi bütövlüyü, yurisdiksiyası və dövlət maraqları birmənalı nəzərə alınmaqla həyata keçirilməlidir:
“Digər tərəfdən, başa düşməliyik ki, dünya dinamikdir. Biz çevik yanaşmalı, diqqətli olmalıyıq ki, birdən görməyək, mövcud imkanlar gözümüzün önündədir, amma biz onları dəyərləndirmirik”.
39 dəfə oxundu