Rusiyada azərbaycanlı deputatın istefa verdiyi deyilir
Rusiyada Xantı-Mansi Muxtar Dairəsini (XMAO) özbəkistanlıların vətəni adlandıran azərbaycanlı deputat Xalid Tağızadə mandatından imtina edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiyanın Teleqram kanallarında məlumat yayılıb.
Ura.news yazır ki, Xalid Tağızadə 21 iyul tarixindən etibarən deputat səlahiyyətlərindən imtina etməsi ilə bağlı ərizə verib. Qeyd olunur ki, artıq onun istefası ilə bağlı səsvermə başa çatıb.
“Ekspertlər onun Xantı-Mansi Muxtar Dairəsini (Yuqranı) miqrantlar üçün mümkün vətən kimi təqdim etməsinin ekstremizm əlaməti daşımadığını bildiriblər”, - nəşr yazır.
Mətbuat orqanının mənbəsi bildirib ki, istefasının səbəblərindən biri də onun deputat intizamına zidd şəkildə etdiyi ictimai açıqlamalarda ədalətsiz cəza barədə səsləndirdiyi fikirlər ola bilər.
Deputat hələ ki, öz istefası ilə bağlı yayılan məlumatlaraə münasibət bildirməyib.
Xatırladaq ki, deputat may ayının sonunda keçirilən iclasda özbəkistanlıların XMAO-ya köçməsinin səbəbini həmin ərazini tarixi vətənləri hesab etmələri ilə izah etmişdi.
34 dəfə oxundu