Prezidentin ailəsi və Mədət Quliyevin oğlu bir arada — FOTOLAR

Prezidentin ailəsi və Mədət Quliyevin oğlu bir arada —


Tanınmış televiziya aparıcısı Nuran Hüseynovun sosial şəbəkədə paylaşdığı fotolar marağa səbəb olub. "Ölkə.Az" xəbər verir ki, Hüseynov prezident ailəsi ilə fotolarını paylaşıb.

Fotoda Prezident İlham Əliyevin qızları Leyla və Arzu Əliyavalar, prezidentin bacısı Sevil Əliyevanın oğlu Azər Əliyev, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevin övladları da yer alıb

Hüseynov Leyla Əliyeva ilə fotosunu bu şərhlə paylaşıb:

"Leyla Əliyevanın titulları çoxdur. O, ictimai xadim, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, "Baku" jurnalının təsisçisi və baş redaktoru, Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin (IDEA) təsisçisi və sədridir. Lakin mənim fikrimcə, onun başlıca titulu belədir- mərhəmətli və xeyirxah insan. Onun sayəsində neçə neçə insan həyatı xilas olub... Xeyirxah əməllərini saymaqla bitməz. Var olun".

Qeyd edək ki, Nuran Hüseynov həmçinin bir sıra dövlət məmurlarıyla da dostluq edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
4229 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...