"Azər-Türk Bank"da da sədr dəyişdi yeni təyinat

"Azər-Türk Bank"da da sədr dəyişdi


Fərhad Adıgözəlov "Azər-Türk Bank" ASC-nin İdarə Heyəti sədrinin səlahiyyətlərinin icraçısı təyin edilib.

Bankdan "Trend"ə verilən məlumata görə, F.Adıgözəlov daha əvvəl bankın İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. Bankdan bildiriblər ki, yeni rəhbər seçilənədək F.Adıgözəlov İdarə Heyəti sədrinin səlahiyyətlərini müvəqqəti icra edəcək. Bankın İdarə Heyətinin yeni sədri səhmdarların yığıncağında seçiləcək. Səhmdarların yığıncağı 2015-ci il iyulun 31-də keçiriləcək. Qeyd edək ki, Elmar Məmmədov "Azər-Türk Bank"ın İdarə Heyətinin sədri vəzifəsini tərk etdikdən sonra bankın rəhbəri vəzifəsi boş qalmışdı. E.Məmmədov ötən gün "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sədri təyin edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
417 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...