Nazir müavini ilə şöbə müdirinin korrupsiya əməliyyatı

Nazir müavini ilə şöbə müdirinin korrupsiya əməliyyatı


Maliyyə nazirin müavini Azər Bayramovun nəzarəti altında fəaliyyət göstərən Satınalmalar üzrə Dövlət Agentliyinin həyata keçirdiyi tenderlər vasitəsi ilə hər il dövlət büdcəsindən külli miqdarda vəsait təyinatdankənar xərclərə sərf olunur.

Səhiyyə Nazirliyinin maliyyə-iqtisadiyyat şöbəsinin müdiri Azad Vəliyev məhz maliyyə nazirinin müavini Azər Bayramovun himayəsinə arxalandığı və onunla birlikdə fəaliyyət göstərdiyi üçün bir sıra "əməliyyat"ları da tam arxayınlıqla həyata keçirir. Azər Bayramovun Azad Vəliyev vasitəsi ilə dövlət büdcəsindən Səhiyyə Nazirliyinə ayrılan vəsaitlərə nəzarət etdiyini vurğulayan məlumatlı şəxsin sözlərinə görə, maliyyə-iqtisadiyyat şöbəsinin müdiri sabiq səhiyyə naziri Əli İnsanovun kadrıdır.

Gundelik-baku.com məlumat verib ki, büdcə vəsaitləri hesabına alınan preparatların xəstələr üçün pulsuz paylanması nəzərdə tutulsa da, bu işlər həyata keçirilməyib. Bir tibb müəssisəsində bir şəkərli diabet xəstəsinə düşən xərc şişirdilib, bir sıra müəssisələrdə isə bir xəstəyə düşən xərc müxtəlif olub.

Bundan başqa, HİV AİDS-nin qarşısının alınması və müalicəsi üçün nəzərdə tutulan dərman preparatları və vaksinlərin böyük əksəriyyətinin istifadə olunmadığı müəyyən edilib. Səhiyyə Nazirliyinin Elm Tədqiqat, Mamalıq və Ginekologiya İnstitutunda aparılan yoxlamalar zamanı müəyyən olunub ki, bir nəfərə düşən qida normalarının düzgün tətbiq edilməməsi nəticəsində artıq məhsulların silgisinə yol verilib, işçilərin adına əlavə əməkhaqqı yazılıb.

Audit dövründə institutda təqribən 65 min manatlıq büdcə vəsaitini mənimsənildiyi üzə çıxıb. Hesabat dövründə 3 saylı Şəhər Klinik Xəstəxanasında aşkar olunan mənimsəmə halının həcmi isə 115 min manata yaxın olub. Əsas qanun pozuntusu isə mal və xidmətlərin alışı zamanı tender qaydalarına əməl edilməməsi zamanı baş verib.

Bütün dövlət müəssisələrində olduğu kimi, burada da işçilərin adından artıq əməkhaqları yazılaraq böyük həcmdə pullar silinib. Hesablama Palatasının təqdim etdiyi 115 min manat isə əlbəttə ki, baş verən neqativ halların cüzi bir hissəsidir. Səhiyyə Nazirliyinin maliyyə-iqtisadiyyat şöbəsinin müdiri Azad Vəliyev cavabdehlik daşıyır. Çünki dövlət büdcəsindən Səhiyyə Nazirliyinə ayrılan maliyyə vəsaitlərinə nəzarəti məhz Azad Vəliyev həyata keçirir. O, isə öz növbəsində, himayəsində olduğu şəxslə, yəni maliyyə nazirinin müavini Azər Bayramovla birgə həmin vəsaitlərin təyinatdankənar istiqamətlərə yönəldilməsinə rəvac verir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
473 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...