Kürdəmirdə yeznə-qayın Prezidentə problem yaradır - FAKTLAR

Kürdəmirdə yeznə-qayın Prezidentə problem yaradır -


Prezidentin ardıcıl və sistemli uğurlu siyasəti bəzi məmurlar tərəfindən pozulmaqla müşayiət olunur. Dövlət başçısı bəyan edib ki, icra başçılarını yerlərə təyin edərkən onlara əhali ilə işləməyi tapşırır və bu, birinci prioritet məsələdir.

Çünki icra hakimlərinin vəzifə borcu əhalinin problemlərini dinləmək, həllinə nail olmaq, məsələlərin Prezident Administrasiyası səviyyəsinə qalxmasına imkan verməməkdir. Amma regionlarda bir sıra məmur ordusu var ki, sakinlərə qarşı etdikləri haqsızlıqlarla ölkə rəhbərliyinin işini artırır, ölkə başçısına kömək etmək əvəzinə, ona çətinlik yaradır, ən kiçik şikayət də PA-ya ünvanlanır. Halbuki bir rayon və ya kənd sakinin sosial şikayəti rayon rəhbərliyi ranqında həllini tapmalıdır.

Liderinfo.az-ın apardığı araşdırmalar və son monitorinqlər göstərir ki, Kürdəmir rəhbərliyi bu sarıdan prezident İlham Əliyevin siyasəinə zidd fəaliyyətlə əhalidə narazılıq yaradır. Ceyhun Cəfərovun rayona icra hakimi təyin olunduğu vaxtdan etibarən mətbuatda neqativ əməlləri ilə gündəmə gəlməkdədir.

Prezident isə onu Kürdəmirə təyin edib ki, sakinləri narahat edən məsəələlərə son qoysun. C.Cəfərov isə əksinə, böyütməkdə, problemləri saxlamaqda davam edir. Bu arxayınlıq isə onun Rabitə və Yüksək Texnologiyalar Nazirliyinın Aparat rəhbəri, faktiki olaraq nazirlikdə Əli Abbasovdan sonra əsas söz sahibinə Vidadi Zeynalovla bağlıdır.

İcra başçısının aparat rəhbərinun qaynı olması faktından istifadə edən. C.Cəfərov rayonda şikayətləri qulaqardına vurur, insanları qəbul etmir, onları dinləmək istəmir. Bir müddət əvvəl adı vəhhabilərlə hallanan Kürdəmirin yeni rəhbəri V.Zeynalovun hamiliyi sayəsində postunda qaldığını hesab edir.

Mənbənin qeydlərinə görə, Vidadi Zeynalov Kürdəmir rayonunda 300 hektar dövlət torpağını uzunmüdətli icarəyə götürüb. Aparat rəhbəri qaynının icra başçısı təyinat almasında mühüm “xidmətləri” olub.

Onun uzun müddət Xətai rayonunda Kommunal Təsərrüfat İdarəsinin rəisi işlədiyi dövrlərdə Vidadi Zeynalova xeyli maddi dəstəkdə bulunduğu iddia olunur.

Amma Vidadi Zeynalov Rabitə və Yüksək texnologiyalar Nazirliyində Aparat rəhbəri təyinatından və nazirlikdə Əli Abbasovun “qara qutusu” funksiyasını yerinə yetirdikdən sonra qayın-yeznə paytaxta müxtəlif obyektlər torpaq sahələri almağa başladılar. Hazırda Ceyhun Cəfərovla Vidadi Zeynalovun Xətai rayonunda 25 mənzilləri, 8 obyektləri var. Bu mənzillər və obyektlər icarə kimi işləyir. Ceyhun Cəfərov Yasamal rayonunda icra başçısının müavini işlədiyi dövrlərdə Vidadi Zeynalov onun əli ilə adı çəkilən rayonda onlarla torpaq sahəsi, müxtəlif obyektlər ələ keçirmişdi.

Mənbə bildirir ki, Kürdəmir rayonunda götürülən torpaq sahəsində Vidadi Zeynalov qaynı ilə birlikdə böyük balıqçılıq gölləri yaratmaq fikrindədir. Bu iş üçün təxminən 1 milyon manata yaxın xərc çəkmək fikrindədirlər. Əvəzində isə ildə ən azı 250-300 ton balıq məhsulu götürməklə yaxşı qazanc əldə etmək iddiasındadırlar. Vidadi Zeynalovla Ceyhun Cəfərovun şərikli biznesi ilə bağlı cumhuriyyet.az-a danışan mənbəmiz bildirir ki, icra başçısı ilə Aparat rəhbəri ölkə xaricindədə müxtəlif biznes sahələri yaradıblar. Bu barədə növbəti yazımızda ətraflı məlumat verəcəyik.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
441 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...