Neftin qiyməti 45 dollara düşdü

Neftin qiyməti 45 dollara düşdü


Son rəqəmlər. Brent markalı neftin qiyməti yenidən 50 dollardan aşağı düşüb. Oxu.Az xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 2,4 dollar ucuzlaşaraq 49,81 dollar olub. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,55 dollar azalaraq 45,57 dollar təşkil edib.

Qeyd edək ki, bir müddət əvvəl Neft İxrac Edən Ölkələrin Birliyinin (OPEK) baş katibi Abdulla əl Bədri bildirmişdi ki, 2016-ci ildən etibarən neftin qiymətində uzun müddətli sabitlik olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
283 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...