Ziya Məmmədovun adamı: "Döyürük də, söyürük də..." VİDEO

Ziya Məmmədovun adamı: "Döyürük də, söyürük də..."


Xəzər kanalında yayımlanan Yeri gəlmişkən” verilişində qonaq olan Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov sərnişin və avtobus sürücülərinin yol-hərəkət qaydalarını pozmasından danışıb.

“İnşaatçılar metrostansiyanın yaxınlığındakı çıxışda hər gün mən o eybəcər vəziyyəti görürəm. Taksilər qeyri-qanuni olaraq avtobus dayanacağını zəbt edirlər. Gəlirsən, onları döyürsən də, söyürsən də, xeyri yoxdur.

Bizi də öz səviyyələrinə endirirlər. Hansı ki, qeyri-qanuni….Hətta ordan keçən piyadalar da özlərini yaxşı aparmırlar. Orda maşınlar bir-birilərinin üstünə miniblər, piyadalar isə onların önündən keçirlər”.
Ziya Məmmədovun adamı: "Döyürük də, söyürük də..."

Göründüyü kimi, Nəqliyyat Nazirliyinin rəsmisi sürücüləri döydüklərini etiraf edib. Həm də bunu sanki belə olmalıymış kimi açıqlayıb. Bu etiraf Ziya Məmmədovun “qoçularının” sürücüləri döyməsindən nazirin nəinki xəbərdar olduğunu, hətta buna şəxsən razılıq verdiyini düşünməyə əsas verir.

Maraqlıdır dövlət qurumunun təmçilçilərinin vətəndaşları DÖYMƏSİ hansı QANUNDA təsbit olunub.
Yoxsa Ziya Məmmədov və adamları artıq qanun tanımır:

GUNDEMİNFO.AZ Namiq Həsənovun verilişdəki açıqlamasını təqdim edir:






Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
387 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...