Poçtdan məhkəməyə - Azəriqaz Bankla bağlı ilginc şikayət VİDEO

Poçtdan məhkəməyə - Azəriqaz Bankla bağlı ilginc şikayət


Ölkə mətbuatında tez-tez bankla məhkəmə icraçılarının razılaşaraq ipoteka krediti götürmək istəyən vətəndaşların mənzillərini dələduzluq yolu ilə ələ keçirməsi ilə bağlı məqalələr dərc olunur. Bu günlərdə Qafqaz Xəbər Agentliyinə Bakı şəhər sakini Sədaqət Namazova müraciət edib. Sədaqət Namazovanın dediyinə görə, o, qaynatası Firudin Namazovun hüquqi nümayəndəsidir: “ Mənim qaynatam 24 oktyabr 2008-ci ildə öz biznes-layihəsini reallaşdırmaq üçün “AGBank”dan 250000 dollar ipoteka krediti götürdü. Qaynatama məxsus Xətai rayonu, Əhmədli qəsəbəsi Məhəmməd Hadi 111 ünvanda olan mənzil banka girov qismində qoyuldu. Eyni zamanda Firudin Namazovun şərikləri Elmira Mərdanova və Arzu Mustafayeva da öz mənzillərini girov kimi banka qoyurlar. Qaynatamın şəriklərinin ucbatından kredit vaxtında ödənilmir”.

Namazovanın sözlərinə görə, “AGBank” Nərimanov məhkəməsinə müraciət edərək borcu Firudin Namazovun mənzilinə yönəldərək mənzilin hərraca çıxardılmasını iddia edir. Müxbirimizin “ Bank niyə digər 2 şərikin deyil, məhz sizin qaynatanızın mənzilinə iddia qaldırdı?” sualına Namazova belə cavab verdi: “ Dəyəri ödənildiyi üçün Arzu Mustafayevanın mənzili girovluqdan çıxmışdı. Elmira Mərdanovanın ölümündən sonra isə onun varisi mənzili almışdı”. Namazovanın sözlərinə görə 20 oktyabr 2011-ci il tarixdə Nərimanov məhkəməsi mənzili açıq hərraca çıxarmaqla bağlı qərar qəbul etdi: “ Hərrac 23 avqust 2013-cü il tarixdə baş tutdu. Və mənzil 70062 manata AGBank tərəfindən alındı”. Müxbirimizin “ Bu qanunsuzdur? Məgər bank hərracda mənzili ala bilməz..?” sualına Namazovanın cavabı belə oldu: “ Hərrac məsələləri üzrə auksion mərkəzinin protokolunun surətinə görə, bizim mənzil 109900 manat qiymətləndirilib.

Həmin vaxt “Əmlak Bazarı”nın rəyinə görə, bizim mənzilin dəyəri 120000 manat olub. Bu onu göstərir ki, bank qaynatımın mənzilinə real qiymətdən çox aşağı qiymətə alıb. Digər tərəfdən “İpotekIMG_0674a haqqında” qanunun 41.2-ci maddəsinə görə, mənzilin hərraca çıxarılması məhkəmə icraçısı tərəfindən yönəldilir. Həmin qanunun 42.1-ci maddəsinə görə, hərracla bağlı mənzilin sahibi məlumatlandırılmalıdır. Ancaq məhkəmə icraçısı Pərviz Babayev mənim qaynatama heç bir bildiriş göndərməyib”. Yuxarıda qeyd olunaları nəzərə alaraq Firudin Namazov 25 iyun 2014-cü ildə Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə bankın hərrac işinin obyektiv aparılmadığı barədə qərar qəbul edib. Hərracın nəticəsi ləğv olunub. Lakin qarşı tərəf işi Apellyasiya Məhkəməsinə verdi. Apellyasiya Məhkəməsindəki hakim İsmayıl Xəlilov işi təhlil etmədən, araşdırma aparmadan Səbayel Rayon Məhkəməsinin çıxartdığı qərarı ləğv edərək bankın xeyrinə qərar verdi.

Onda biz Ali Məhkəməyə müraciət etdik. Ancaq 16 mart 2015-ci il tarixdə Ali Məhkəmə hakim Şadıyevin sədrliyi ilə Apellyasiya məhkəməsinin qərarını qüvvədə saxladı”. Biz Namazovlar ailəsinin həqiqətən də bildiriş almadığını dəqiqləşdirmək qərarına gəldik. Və məhkəmə icraçısı Pərviz Babayeva müraciət etdik. O, bildirdi ki, hərrac qanunauyğun şəkildə keçirilib: “ Sədaqət Namazovanın dedikləri həqiqətə uyğun deyil. Firudin Namazov bildirişi alıb”. Namazovanın dediyinə görə, hərrac keçiriləndə onun qaynatası Aşıq Ələsgər 2, mənzil 67-də qeydiyyatda olub. Xətai rayonu poçt şöbəsinin əməkdaşı Valeh Məlikov bizə bildirdi ki, yuxarıda qeyd olunan ünvana bildiriş göndərilməyib. Məsələ ilə bağlı vəkil İradə Cavadova Qafqaz Xəbər Agentlitinə aşağıdakıları söylədi: “ Girovun sahibi hərracla bağlı mütləq məlumat almalıdır. Və mənzili almaq ilk olaraq girovun sahibinə təklif olunmalıdır. Əgər bu olmayıbsa, hərracın nəticəsi ləğv olunmalıdır”. Biz Firudin Namazova mənzili almaq təklifinin olub-olamadığını dəqiləşdirmək üçün məhkəmə icraçısından soruşanda, o, “ Yox” cavabını verdi.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
578 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...