Arif Əsgərov: “Mənə bu barədə sual verməyin…“

Arif Əsgərov: “Mənə bu barədə sual verməyin…“


Nazir müavini haqqındakı xəbərə belə reaksiya verdi

Arif Əsgərov “Azərbaycan Dəmiryolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilərək nəqliyyat nazirinin müavini təyin edilməsindən sonra barəsində yayılan məlumatlara qısa münasibət bildirib.

GUNDEMİNFO.AZ “a24.az”a istianadən xəbər verir ki, nazir müavini açıqlamasında ölkə başçısının sərəncamı ilə təyin olunduğu post üzrə vəzifəsini davam etdirdiyini deyib: “Heç bir problem yoxdur. Öhdəliyimə düşən işi icra edirəm. Hesab edirəm ki, haqqımda yazılanlar boş şeylərdi və heç bir əsası yoxdur”.

A.Əsgərov Nəqliyyat Nazirliyində üzərinə düşən işin hələlik nədən ibarət olması barədə məlumat verməyəcəyini deyib: “Hələlik heç bir açıqlama vermək istəmirəm və mənə bu barədə sual verməyin. Yaxın gələcəkdə nəqliyyat nazirinin müavini kimi öhdəliyimdə olan işlər barədə danışarıq”.

Bildirək ki, bu gün Bakının Ələt qəsəbəsində Beynəlxalq Transxəzər Marşrutu üzrə Bakı Beynəlxalq Dəniz Limanına çatdırılan ilk
konteyner qatarının qarşılanma mərasimi keçirilib. Nəqliyyat Naziri Ziya Məmmədovun iştirakı nəzərdə tutulan tədbirdə müavini Arif Əsgərov iştirak edib. A.Əsgərov nazir Ziya Məmmədovun adından tədbir iştirakçılarına salamlarını çatdırıb və Azərbaycanın dəmiryolları və Bakı Beynəlxalq Dəniz Limanında aparılan işlər barədə məlumat verib.
Qeyd edək ki, adı müxtəlif qalmaqallarda hallanan “Azərbaycan Dəmiryolları” QSC-nin keçmiş sədri Arif Əsgərov nəqliyyat nazirinin müavini vəzifəsinə təyin olunduqdan sonara işə çıxmadğı və hətta nazirlikdə kabinetinin müəyyən edilmədiyi kimi mətbuatda məlumatlar dərc olunmuşdu.

Xatırladaq ki, bu il fevral ayının 9-da Arif Əsgərov “Azərbaycan Dəmiryolları” QSC-nin sədri vəzifəsindən azad edilərək, prezident İlham Əliyevin digər sərəncamı ilə nəqliyyat nazirinin müavini təyin edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
379 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...