Türkiyə ordusu Afrinin mərkəzinə doğru irəliləyir

Türkiyə ordusu Afrinin mərkəzinə doğru irəliləyir

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində apardığı “Zeytun budağı” əməliyyatı çərçivəsində indiyədək 1369 terrorçu məhv edilib.

Avropa.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, hərbi əməliyyatın 23-cü günündə terrorçuların mövqelərinə qurudan və havadan zərbələr endirilməsi davam edib.

TSQ-nin yaydığı məlumatda Türkiyə ordusunun Afrinin mərkəzinə doğru mühüm nöqtələrdən biri olan Cinderese çatmasına 3 km məsafə qaldığı bildirilir.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
443 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...