Ermənistanda məşhur teleaparıcı öldürüldü

Ermənistanda məşhur teleaparıcı öldürüldü


Ermənistanda məşhur aparıcı-ekstrasens Ani Macnumyan öldürülüb. Bu barədə azvision.az erməni KİV-nə istinadən xəbər verir. Məlumata əsasən, Macnumyanın yaxınları uzun müddət ondan xəbər almadıqları üçün xilasedicilərə zəng vurublar.

Aparıcının yaşadığı binaya gələn xilasedicilər onu mənzildə ölü vəziyyətdə tapıblar. 53 yaşlı aparıcının çoxsaylı bıçaq xəsarətləri aldığı müəyyən olunub. Yerli hüquq-mühafizə orqanları tək yaşayan ekstrasensin öldürülməsi ilə bağlı istintaq işinə başlayıblar.

Ani Macnumyan “Şant TV” kanalında yayımlanan “6-cı hiss” verilişinin aparıcısı və ekstrasensi olub.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
235 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...